“Türkiyə Ukrayna ilə bağlı vasitəçiliyə hazırdır”- HAKAN FİDAN

Ukraynadakı münaqişə regiondan kənara da yayıla bilər və nüvə silahından istifadə riski var.

Azpost.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada keçirdiyi mətbuat konfransında deyib.

Fidan bildirib ki, Türkiyə Ukraynada vasitəçiliyə hazırdır və münaqişənin tezliklə sülh yolu ilə həllinin tərəfdarıdır.

Nazir regionda atəşkəsin əldə olunmasını prioritet adlandırıb: “Sülh danışıqlarına mümkün qədər tez başlamağı vacib hesab edirik və vasitəçilik səylərini göstərməyə hazırıq”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.