Türkiyədə güclü zəlzələ olub –35 nəfər xəsarət alıb

Türkiyənin Düzce rayonunda yerli vaxtla saat 04:09 radələrində 5,9 bal gücündə zəlzələ baş verib.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ yerin 6,81 kilometr dərinliyində baş verib. Yeraltı təkanlar İstanbul, Ankara, Əskişəhər, Bursa, Kocaeli, Sakarya, Bolu, Ədirnə və bəzi ətraf şəhərlərində də hiss olunub.

Baş verən güclü zəlzələdə insan tələfatı qeydə alınmayıb. Bu barədə səhiyyə naziri Fahrettin Koca tvitter hesabında məlumat verib. Onun sözlərinə görə, hadisə nəticəsində 35 nəfər xəsarət alıb.

Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir. Həmin şəxs hündürlükdən tullanıb.

Bəzi ərazilərdə qismən dağıntıların olduğu bildirilib.

Əvvəlki məqalə

Bu günə olan valyuta məzənnələri

Sonrakı məqalə

Bu gün DÇ-2022-də hansı oyunlar var?