Türkiyədə “İnstaqram” bu axşam açılacaq

Türkiyədə “İnstaqram” yaxın saatlarda açılacaq.

Azpost.info xəbər verir ki, bu barədə “İnstaqram” rəhbərliyi ilə Türkiyə hökuməti arasında razılıq əldə olunub.

Nəqliyyat və İnfrastruktur naziri Əbdülkadir Uraloğlu sosial media hesabında canlı yayım açaraq “İnstaqram”la razılaşma əldə olunduğunu açıqlayıb.

Onun sözlərinə, məhdudiyyət yerli vaxtla 21:30 ləğv olunacaq.

Xatırladaq ki, avqustun 2-də Türkiyədə instaqrama giriş qadağan edilib. Ölkənin İnformasiya Texnologiyaları və Rabitə İdarəsi buna səbəb kimi instaqramın qoyduğu qadağalar arasında yer alan çoxsaylı cinayət paylaşımları ilə bağlı şərtlərə əməl edilməməsini göstərib.

Nazir Uraloğlu “Instagram”ın Türkiyənin şərtlərini qəbul etdiyini və giriş blokunun qaldırıldığını açıqlayıb.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.