Türkiyədə SAT imtahanı suallarını satan azərbaycanlılar saxlanılıb

Ankarada “Scholastic Aptitude Test” (SAT) imtahan suallarını 2-3 min dollar müqabilində satmaqda şübhəli bilinən 6 nəfər saxlanılıb, aralarında azərbaycanlılar da var.

NTV telekanalı  xəbər verir ki, Ankara Baş Prokurorluğu 6 nəfəri şübhəli şəxs kimi saxlayıb.

Saxlanılanlar İran və Azərbaycan əsilli şəxslərdir.

Saxlanılan şəxslərin yaşadıqları ünvanlarda aparılan axtarış zamanı 18 SAT sual kitabçası və çox sayda elektron materiallar aşkarlanıb.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Əvvəlki məqalə

“Belarus iqtisadiyyatı sanksiyalara görə milyardlar itirir” –

Sonrakı məqalə

“Bu səhvlərimə görə özümü heç vaxt bağışlamayacağam” –