Türkiyədə polad zavodları fəaliyyətini dayandırıb

Zəlzələdən sonra Türkiyənin metallurgiya kombinatlarının üçdə biri müvəqqəti olaraq fəaliyyətini dayandırıb. 

Azpost.info bildirir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb.

Türk polad istehsalçıları Assosiyasının Baş katibi Veysəl Yana bildirib ki, bu ən azı 3 həftə uzanacaq. Onun sözlərinə görə, istehsal xətləri dayanıb, fəhlələr regionda zəlzələnin fəsadlarını aradan qaldırmağa çalışırlar.

“Zavodlar ən azı bu ayın sonuna ya da martın ortalarına qədər bağlı qalacaq“-deyə Yana açıqlayıb.

Qurumdan həmçinin deyilib ki, əsasən zəlzələnin episentri yaxınlığında olan zavodlar bağlanıb. Məlumata görə, zavodların avadanlığına ziyan dəyməyib.

Türkiyə dünyada polad istehsalına görə, ilk “onluğa” daxildir. İstehsalın illik həcmi 55 milyon tondur. Zavodlarda işin bərpasına qədər Türkiyə metal məhsullarının ixracını azaldacaq və onu daxili bazara yönəldəcək.

Azpost.info

 

Əvvəlki məqalə

Rusiya Müdafiə Nazirliyinin vəzifəli şəxsi özünü 16-cı mərtəbədən atıb –

Sonrakı məqalə

“Mersedes” “Opel”lə toqquşdu, 2 nəfər öldü, 7 nəfər yaralandı