“Türkiyəni 52 ildir Avropa İttifaqının qapısında saxlayanları cavabsız qoymayacağıq”- ƏRDOĞAN

“Türkiyəni 52 ildir Avropa İttifaqının qapısında saxlayanları cavabsız qoymayacağıq”.

Azpost.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Biz 52 il Avropa İttifaqının qapılarında əzab çəkməyə məcbur olduq. Onlar hələ də eyni işi davam etdirirlər”, – Ərdoğan bildirib.

Türkiyə lideri vaxtı gələndə Türkiyənin cavab verəcəyini vurğulayıb.

Türkiyə 1963-cü ildə Aİ ilə assosiasiya sazişi imzalayıb və 1987-ci ildə quruma üzv olmaq arzusunu rəsmən elan edib. Buna baxmayaraq, Ankaranın Aİ-yə qəbulu ilə bağlı danışıqlar yalnız 2005-ci ildə başlayıb və tərəflər arasında fikir ayrılığı səbəbindən proses dəfələrlə dayandırılıb.

Azpost.info

Əvvəlki məqalə

“Rəşadla İsgəndər toyda mübahisə edib” –

Sonrakı məqalə

CASCFEN-in təşəbbüsü dəstəklənib