Türkiyənin ailə və sosial xidmətlər naziri Azərbaycana gəlir

Türkiyə Respublikasının ailə və sosial xidmətlər naziri Derya Yanıkın rəhbərliyi ilə nümayəndə heyəti iyulun 19-21-də Azərbaycanda rəsmi səfərdə olacaq.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildiriblər ki, səfər çərçivəsində nümayəndə heyəti Fəxri xiyabanı, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edəcək.

Türkiyə nümayəndə heyətinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə görüşü də nəzərdə tutulub.

Görüşdə əməkdaşlıq istiqamətləri, birgə layihələr müzakirə ediləcək.

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

Ombudsman Lənkəranda zorakılığa məruz qalan məktəbli ilə görüşüb