Tvitter işçilərinə evdən işləməyi tövsiyə edir

04 Mart 2020 - 09:17

Twitter ölümcül koronavirus epidemiyasının yayılmasının qarşısını almaq üçün dünya boyu işçilərindən bazar ertəsindən etibarən evdən işləmələrinı istəyib.

Eyni zamanda Google İrlandiyadakı Avropa qərargahındakı minlərlə işçisinə müraciət edərək, hər hansı bir işçinin qripə bənzər simptomları olduqda işə gəlməmələrini tövsiyə edib.

Keçən ilin sonlarında mərkəzi Çində meydana gələndən bəri 3 min100-dən çox insanın ölümü, 90 mindən çoxunun yoluxması və səyahət məhdudiyyətlərinə səbəb olan böhran bütün dünyaya yayılıb.

Twitter işçilərinin işə gəlıməməsi qərarına virusun qaynar nöqtələrdə hökumətlərin oxşar tələblərindən sonra gəlib.

“Biz qlobal miqyasda bütün işçilərimizdən mümkün olduğu qədər evdən işləmələrini istəyirik” – deyə, Twitter-in İnsan Qaynaqları şöbəsinin rəhbəri Cenifer Kristi bazar ertəsi bloq yazılarında bildirib.

“Məqsədimiz COVID-19 koronavirusunun biz və ətrafımızdakı dünyaya yayılması ehtimalını azaltmaqdır” – deyə, o əlavə edib.

Cenifer Kristi evdən işləməyin şirkətin Cənubi Koreya, Honq Konq və Yaponiya ofislərindəki işçiləri üçün məcburi olacağını deyib.