“Twitter” yalan xəbərləri qırmızı və ya narıncı rənglə işarələyəcək

21 Fevral 2020 - 09:38

“Twitter” özündə yanlış məlumatları əks etdirən və istifadəçilərdə çaşqınlıq yaradan mesajları etiketləyəcək.

NBC-nin verdiyi məlumata görə, bu kimi paylaşımlar qırmızı və ya narıncı rənglə seçiləcək. Bununla da istifadəçilər bu və ya digər “tvitin” sosial şəbəkənin standartlarına uyğun olmadığı barədə xəbərdarlıq almış olacaqlar.