UEFA prezidenti Rusiya və Ukraynaya görə növbədənkənar iclas keçirəcək

 

UEFA İcraiyyə Komitəsinin növbədənkənar iclası olacaq.

Avropa futbol qurumunun rəsmi tviter hesabına istinadən xəbər verir ki, UEFA prezidenti Aleksander Çeferin Rusiya və Ukrayna arasında situasiyanın inkişafını izləyərək növbədənkənar iclas çağırıb.

Toplantı fevralın 25-i Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. Məqsəd vəziyyəti qiymətləndirmək və bütün lazımi addımları atmaqdan ibarətdir.

Qeyd edək ki, daha əvvəl Britaniya mətbuatı Rusiyanın Sankt-Peterburq şəhərindəki UEFA Çempionlar Liqasının final matçına ev sahibliyi hüququnu itirə biləcəyini yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyə XİN:

Sonrakı məqalə

Türkiyədə Təhlükəsizlik Şurasının toplantısı keçirilib