Uelsdə mağazanın altından orta əsrlərə aid 240 qəbir tapılıb –Skeletlərin yarısı uşaqlara aiddir (FOTO)

Uelsdə köhnə mağazanın altından orta əsrlərə aid 240 məzar tapılıb.

AZƏRTAC xəbər verir ki, 2013-cü ildə bağlanan “Ocky White” adlı bir əsrlik mağazanın altında aparılan qazıntılar zamanı insan sümükləri tapılıb.

Mağazanın altındakı qəbiristanlığın 1256-cı ildə Dominikan rahibləri tərəfindən əsası qoyulduğu güman edilir.

Qazıntı işlərinə rəhbərlik edən Endryu Şobbrok bildirib ki, burada ən varlısından tutmuş kasıb insanlara qədər müxtəlif şəxslərin məzarları var. Şobbrok bəzi kəllə sümüklərində çapıqların olduğuna diqqət çəkərək, bu insanların müharibədə ox və ya güllə ilə vurulmuş ola biləcəyini də irəli sürüb.

Arxeoloqlar qəbiristanlığın 18-ci əsrin əvvəlinə qədər istifadə olunduğunu deyirlər. Tapılan skeletlərin təxminən yarısı uşaqlara aiddir.

Əvvəlki məqalə

Müsavat başqanı Arif Hacılı Brüsselə dəvət olunub

Sonrakı məqalə

Hulusi Akar NATO-nun Baş katibi ilə görüşüb