Ukrayna Belqorodda çoxmərtəbəli binaya zərbə endirib –15 mənzil dağılıb, ölənlər var/VİDEO/FOTO

Ukrayna ordusu Rusiyanın Belqorod vilayətinin Şebekino yaşayış məntəqəsində çoxmərtəbəli binaya zərbə endirib. Nəticədə binanın girişi atəş nəticəsində dağıdılıb.

Azpost.info bildirir ki, bu barədə rus teleqram kanalları məlumat yayıb.

İlkin məlumata görə, azı 5 nəfər xəsarət alıb. 15 mənzil dağılıb.

Fövqəladə hallar xidmətinin qüvvələri dağıntı yerinə yollanarkən yerli sakinlər təkbaşına dağıntıları təmizləməyə çalışırlar.
İlkin məlumatlara görə, binanın dağıntıları altında insanlar var. Onların arasında uşaqlar da ola bilər.

Hazırda ən azı 7 nəfərin yaralandığı bildirilir. İki qurbanın kimliyi də məlumdur. 70 yaşlı Lyudmila T. başından, 35 yaşlı Olqa T. isə ayaqlarından açıq yaralar alıb.

sebekino video

Əvvəlki məqalə

“NATO-nun 500 min əsgəri yüksək hazırlıq vəziyyətindədir”

Sonrakı məqalə

Ukrayna Putinin sülh təklifinə münasibət bildirib