Ukrayna Krasnodarda limanı raketlə vurub –Krım körpüsü bağlanıb /VİDEO

Ukrayna Krasnodar diyarının Temryuk rayonundakı “Qafqaz” limanına hücum edib. 

Bu barədə teleqram kanalları məlumat yayıb.

Ukrayna raketinin “Conroe Trader” dəmiryol bərəsinə düşdüyü bildirilib. Onun göyərtəsində neft sisternlərinin olduğu da məlumatlar arasındadır.

Hücumun Odessa vilayəti ərazisindən törədildiyi bildirilirb.

Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir.

İnsidentlə əlaqədar Krım körpüsündə nəqliyyatın hərəkəti müvəqqəti olaraq bağlanıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.