“Ukrayna münaqişəsi danışıqlarla yekunlaşacaq” –ABŞ müdafiə naziri

“Ukrayna münaqişəsi danışıqlarla yekunlaşacaq”.

Azpost.info bildirir ki, bu açıqlama ilə Pentaqonun rəhbəri Lloyd Ostin çıxış edib.

“Biz Ukraynanı dəstəkləməyə davam edəcəyik. Danışıqlar masasına oturmağın vaxtını onlar özləri müəyyən edəcəklər. Amma bu münaqişə nə vaxtsa danışıqlarla yekunlaşacaq”, – deyə o, Papa Fransisklə görüşdən sonra deyib.

Ostin əlavə edib ki, indi Yaxın Şərqdəki gərginlikdən xilas olmaq lazımdır. Ukrayna məsələsi ilə bağlı Ostin bildirib ki, keçid dövrünə nail olmaq üçün yollar tapmaq lazımdır.

Bir neçə gün əvvəl Lloyd Ostin Kiyevə səfər etdi. Ukraynaya səfər barədə əvvəlcədən məlumat verilməyib. Pentaqonun rəhbəri Ukraynaya sursat, hərbi texnika və silahlar üçün 400 milyon dollarlıq yardım paketi açıqlayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.