Ukrayna ordusunun Krasnodara hucumu zamanı zədələnmiş bərə batıb-VİDEO

Ukrayna Silahlı Qüvvələrinin Krasnodar diyarının Temryuk rayonundakı Kavkaz limanına hücumu nəticəsində zədələnmiş bərə batıb. Bərə yanacaq çənləri daşıyırdı.

Azpost.info bildirir ki, bu barədə regional əməliyyat qərargahı məlumat yayıb.

Bildirilib ki, limanın özündə yanğın olmayıb.

Daha əvvəl məlum olub ki, yanan tankları söndürmək üçün “Kavkaz” limanına yanğınsöndürən qatar göndərilib.

Bundan əlavə, ilkin məlumatlara görə, hücuma məruz qalan gəmidə beş nəfərin ola biləcəyi bildirilib. Hadisə yerində fövqəladə və xüsusi xidmət orqanlarının əməkdaşları işləyir.

Xatırladaq ki, avqustun 22-də axşam saatlarında Ukrayna Silahlı Qüvvələri Krasnodar diyarının Kavkaz limanı ərazisində yerləşən yanacaq çənləri olan bərəyə hücum edib. Hücum nəticəsində gəmidəki yanacaq-sürtkü materialları alovlanıb və nəticədə yanğın baş verib. Zərbə zamanı bərənin göyərtəsində 30 yanacaq çəni olduğu dəqiqləşdirilib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.