Ukrayna Prezidenti Kiyevi tərk etmədiyini bildirib

 

Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 26-da səhər saatlarında xalqa müraciət edərək Kiyevi tərk etmədiyini, Ukrayna ordusunun isə silahı yerə qoymaq niyyətində olmadığını bildirib.

Vladimir Zelenski ordunu təslim olmağa çağırdığı və paytaxtda təxliyə işləri aparıldığı barədə sosial şəbəkələrdə yayılan məlumatları təkzib edib.

“Mən buradayam, silahı yerə qoymayacağıq və dövlətimizi müdafiə edəcəyik”, – deyə Ukrayna prezidenti Kiyevdəki ofisi yaxınlığında yerləşən küçələrin birindən xalqa müraciətində bildirib.

Bir müddət öncə “The Washington Post” qəzeti ABŞ Prezidenti Cozef Baydenin Vladimir Zelenskiyə paytaxtı təhlükəsiz tərk etməsi ilə bağlı yardım təklif etsə də, Ukrayna liderinin bundan imtina etdiyi barədə məlumat yaymışdı.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyə səfirliyi Xocalı faciəsinin ildönümü ilə bağlı paylaşım edib

Sonrakı məqalə

Hava haqqında