Ukrayna və ABŞ təhlükəsizlik haqqında saziş imzalayacaq

ABŞ Ukrayna ilə yeni ikitərəfli təhlükəsizlik sazişi imzalamağa yaxındır.

Bu barədə “Financial Times” məlumat yayıb.

“Bu saziş Ukraynanın NATO ölkələri ilə bağladığı, hərbi təlim, kəşfiyyat məlumatlarının mübadiləsi və iqtisadi yardım da daxil olmaqla, uzunmüddətli dəstək öhdəliklərini özündə əks etdirən bir sıra sazişlər içərisində ən əhəmiyyətlisi olacaq”, – məlumatda deyilir.

Nəşrin bildirdiyinə görə, Zelenski və Bayden ikitərəfli təhlükəsizlik sazişini sülh sammitindən bir neçə gün əvvəl İtaliyada G7 görüşü zamanı imzalayacaqlar.

Əvvəlki məqalə

Xanımların fotolarını gizli çəkib Tik-tok”da yayan şəxsi polis saxlayıb

Sonrakı məqalə

Anar dostlarının qəbrini ziyarət etdi, görüntülər hamını duyğulandırdı –