“Ukraynada müharibə çox uzanır”- BORREL

Rusiyanın Ukrayna ilə müharibəsi çox uzanır və buna görə də bu münaqişənin həlli üçün ikiqat səylər lazımdır.

Azpost.info xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə Ali Nümayəndəsi Jozep Borrel deyib.

“Bizim prioritetlərimiz Ukraynada ədalətli sülhün bərqərar olması olmalıdır. Bir addım da BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnaməsi ola bilər”, – Borrel qeyd edib.

Borrel daha əvvəl bildirmişdi ki, Avropa İttifaqı Kiyevə yeni silah növlərinin tədarükü ilə bağlı daha tez qərarlar qəbul etsəydi, müharibənin gedişatı tamamilə fərqli olardı.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.