Ukraynada müharibə MDB-yə necə təsir edəcək? –Azərbaycan politoloqlarının ŞƏRHİ

Rusiya ilə Ukrayna arasında savaş Müstəqil Dövlət Birliyinin (MDB) üzvü olan ölkələrə də təsirsiz ötüşməyəcək. Siyasi analitiklər hesab edir ki, MDB ölkələrinin gələcəyi bu savaşın nəticəsindən asılıdır.

 

Mövzu barədə Azpost.info-ya danışan Azərbaycan prezidentinin sabiq müşaviri, politoloq Qabil Hüseynli hesab edir ki, Ukrayna Rusiya üzərində qalib gələcəyi təqdirdə MDB ölkələri üçün gözəl perspektivlər açıla bilər. “Güman edirəm ki, MDB dövlətlərinin öz müqəddəratını müstəqil surətdə təyinetmə üçün normal perspektivlər açıla bilər. Çünki Ukraynanın Rusiya üzərində qələbə çalacağı şəksizdir”, – deyə o bildirib.

Qabil Hüseynlinin fikrincə, Ukraynanın Rusiya üzərində qələbəsini tam təmin etmək üçün Qərb ölkələri də prosesə dəstək verməlidir: “MDB məkanına “göz verib işıq verməyən” Rusiya və onun başçısı zənnimcə, çox da uzun olmayan bir zamanda tarixə qovuşacaq və Kremlin təsir dairəsinə almaq istədiyi, uzun illər daxili işlərinə qarşıdğı ölkələr sözün əsl mənasında suveren hüquqlarını həyata keçirmək üçün hər cür imkana malik olacaqlar”, – politoloq əlavə edib.

Bəs bunun əksi baş verəcəyi təqdirdə MDB ölkələrini nə gözləyir? Siyasi analitik Azər Rəşidoğlu düşünür ki, Rusiya qalib gələcəyi təqdirdə MDB ölkələri və Şərqi Avropa “qaranlığa bürünəcək”. “Hərçənd bu gün Rusiyanın qələbə qazanacağı fikri o qədər də populyar deyil. Artıq dünya post-Putin dövrünə hazırlaşır: “Putinin hakimiyyətdən gedəcıyi şəksizdir. Bu, ya seçkiyə qədər olacaq, ya seçkidən sonra. Ordu əzildiyini həzm edə bilmir və hərbi çevriliş variantı da istisna deyil. İstənilən halda Putin uduzub. Onun məqsədi Odessanı almaq, Dnestryanıya çıxış əldə etmək və Qara dənizdə möhkəmlənməkdi. Qərb buna Qərb imkan verə bilməz”.

Politoloqun fikrincə, siyasətdə bütün ehtimallar nəzərdən keçirilməlidir: “Şübhəsiz, Rusiya Ukrayna məsələsində qələbə qazanarsa, Kreml dayanmayacaq. Putin imperiya siyasətini davam etdirəcək. Özü də bunu gizlətmir və bu gün Kremldə SSRİ-nin bərpası edilməsi prirotet məsələyə çevrilib. Təsadüfi deyil ki, Putin çıxışlarının birində SSRİ dağılarkən Rusiyanın 28 faiz ərazi itridiyini bildirmişdi. Yəni, Kreml indinin özündə MDB ölkələrini öz ərazisi hesab edir və Putinin planında bu ölkələri yeni formatda öz protekratı altına almaqdır”, – analitik vurğulayıb.

Azər Rəşidoğlu deyib ki, bu gün Ukraynda Azərbaycan da daxil olmaqla, post-sovet ölkələrinin taleyi həll olunur. “Təsəvvür edin, slavyan qardaşını məhv edən Putin bizə nə edə bilər? Ukraynada bizim də taleyimiz həll edilir. Ona görə də ukraynalılara dəstəyimizi ifadə edirik və bundan sonra da etməliyik”, – siyası analitik vurğulayıb. Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir