Ukraynada münaqişənin sonu çoxlarının düşündüyündən daha yaxındır.
Azpost.info xəbər verir ki, bunu ölkə prezidenti Vladimir Zelenski ABC News”a müsahibəsində deyib.
“Düşünürəm ki, biz sülhə düşündüyümüzdən daha yaxınıq. Müharibənin sonuna daha yaxınıq”, – o bildirib.
Bununla belə, Zelenski Qərb tərəfdaşlarından Ukrayna ordusunu gücləndirməyi tələb etməkdə davam edib.
Zelenski əlavə edib ki, onun qarşıdurmaya son qoymaq planı Rusiya ilə danışıqlara aid deyil. Onun sözlərinə görə, “qələbə planı” Ukrayna silahlı qüvvələrini gücləndirməkdir.
Azpost.info