“Ukraynanın Avropa İttifaqına daxil olması geosiyasi maraqlarımıza cavab verir”- BERBOK

“Ukraynanın Avropa İttifaqına daxil olması qurumun geosiyasi maraqlarına cavab verir”.

Azpost.info xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.

“Aydındır ki, Ukrayna yaxın gələcəkdə Avropa İttifaqını gücləndirəcək. Ukraynanın ittifaqa daxil olması bizim geosiyasi maraqlarımıza cavab verir. Buna görə də biz Ukraynaya dəstəyimizi nəinki davam etdirəcəyik, həm də onu artıracağıq”, – nazir vurğulayıb.

O, Ukraynanın gələcəkdə Avropa İttifaqının bir hissəsi olacağına əminliyini ifadə edib.

Azpost.info

Əvvəlki məqalə

Müdafiə Nazirliyinin rəhbərliyi rabitə bölməsind olub

Sonrakı məqalə

Azərbaycan nefti bahalaşıb