“Ukraynaya yardım İsrailə dəstəkdən daha vacibdir”- ABŞ Senatı

“ABŞ-ın Ukraynaya yardım göstərməsi daha vacibdir.  Çünki İsraildən fərqli olaraq Kiyev özünü müdafiə edə bilməyəcək”.

Azpost.info xəbər verir ki, bunu ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin deyib.

“İsrailə kömək etmək vacibdir, lakin bu, israillilərin öz ölkələrini müdafiə etmək qabiliyyəti üçün kritik deyil. Yardımın vaxtında verilməsi Ukrayna üçün daha vacibdir, – senator bildirib.

Onun fikrincə, İsrail özünü müdafiə etmək qabiliyyətinə malikdir: “Ukrayna çıxılmaz vəziyyətdədir və təcili yardıma ehtiyacı var”.

Azpost.info

Əvvəlki məqalə

Kürdəmirdə qızılcadan ölən azyaşlının peyvənd olunmadığı məlum olub

Sonrakı məqalə

Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlərlə bağlı Fəaliyyət Planı təsdiq edilib