“Ümid edirik ki, Ermənistan xarici siyasətinin vektorunu dəyişməyəcək”- PESKOV

Dmitri Peskov
Dmitri Peskov

“İrəvanın xarici siyasət vektorunu dəyişməyəcəyinə və Moskvanın müttəfiqi olaraq qalacağına ümid edirik”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O əlavə edib ki, Rusiya KTMT-nin Minskdə keçirilən sammitində Ermənistan nümayəndələrinin iştirak etməməsindən təəssüflənir.

“Təbii ki, KTMT Ermənistanın iştirakını davam etdirməsində maraqlıdır. Ümid edirik ki, Ermənistan öz xarici siyasətinin vektorunu dəyişməz. Ermənistan həm ikitərəfli, həm də çoxtərəfli formatlarda qarşılıqlı fəaliyyət baxımından bizim müttəfiqimiz, strateji tərəfdaşımız olaraq qalır. Biz onlarla danışıqlarımızı davam etdirəcəyik”, – Peskov bildirib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.