Beynəlxalq Qırmızı Xaç Komitəsindən daxil olmuş müraciətdə 25 dekabr saat 08:30-da xəstəliyinin müalicəsi ilə əlaqədar Qarabağda yaşayan ermənilər – kəskin diabet və ürək xəstəliyi olan Edita Osipyan, onkoloji xəstə olan İrina Viktorovna Avetisyan və onların ailə üzvləri komitənin əməkdaşlarının müşayiəti ilə BQXK-yə məxsus minik avtomobilləri ilə Xankəndidən Ermənistanın Gorus rayona keçidinə və həmin gün 13:30-da eyni tərkibdə geriyə Xankəndiyə qayıtmalarına icazə verilməsi xahiş olunub.
Müraciətdə müsbət cavab verilib və onlar aksiya yerindən maneəsiz olaraq keçiblər. Aksiya iştirakçıları keçən karvana şərait yaradıblar.