Ursula von der Lyayen yenidən Avropa Komissiyasının sədri seçilib

Ursula von der Lyayen ikinci beşillik müddətə Avropa Komissiyasının sədri seçilib.

Azpost.info xəbər verir ki, o, Avropa Parlamentindəki çıxışında Avropanın hazırkı böhranlı və qütbləşmə dövründə güclü lider olacağına söz verib.

“Mən heç vaxt cəmiyyətlərimizin həddindən artıq qütbləşməsinin qəbul edilməsinə icazə verməyəcəyəm. Demaqoqlara və ekstremistlərə heç vaxt imkan verməyəcəyəm ki, bizim həyat tərzimizi məhv etsinlər. Mən bu gün burada dayanmışam və bu zalda bütün demokratik qüvvələrlə birgə mübarizə aparmağa hazıram”, – Lyayen bildirib.

Avropa Komissiyasının sədri öz çıxışında həmçinin Aİ iqtisadiyyatını, polis və sərhəd qurumlarını gücləndirməyə, miqrasiya və iqlim dəyişikliyini cilovlamağa söz verib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.