“Uşaq idmanına lisenziyası olan məşqçi buraxılmalıdır, ayılın!” –Tanınmış şərhçidən nazirliyə etiraz

“Kimliyindən, qazandığı nəticədən asılı olmayaraq, professional idmanda olduğu kimi, uşaq idmanında da məşqçiliyə yalnız lisenziyası olan şəxslər buraxılmalıdır”.
Azpost.info bildirir ki, bu sözləri tanınmış idman şərhçisi, “qol.az” saytının baş redaktoru Aydın Bağırov Sumqayıtda idman zalında 7 yaşlı uşağın müəllimi tərəfindən aldığı xəsarət nəticəsində ölmünü əks etdirən görünütləri şərh edərkən bildirib.
Onun sözlərinə görə, Sumqayıtda məşq zamanı 7 yaşında uşağın ölməsinə səbəb olan faciəvi hadisə illərdir idman jurnalistlərinin qaldırdığı problemi bir daha gündəmə gətirir: “Kimliyindən, qazandığı nəticədən asılı olmayaraq, professional idmanda olduğu kimi, uşaq idmanında da məşqçiliyə yalnız lisenziyası olan şəxslər buraxılmalıdır. Son hadisə isə dövlətin idmana cavabdeh qurumu olan Gənclər və İdman Nazirliyi, idman federasiyaları üçün SOS siqnalı olmalıdır. Ayılın artıq. Özünü reklamla yox, məsuliyyət sahənizə aid işlərlə məşğul olun”.
A.Bağırovun sözlərinə görə, sertifikasiya prosesi aparılsa, yetərincə problem ortaya çıxacaq: “O zaman aydın olacaq ki, uşaqdan əvvəl o “müəllimlərin” özünə psixoloji dərs, nizam-intizam öyrətmək lazımdır. Dediklərim əsasən də futbola aiddir”.
Əvvəlki məqalə

“Formula 1”-ə görə bağlanan yollar sabahdan açılacaq

Sonrakı məqalə

“Mehman Xəlilov cüdo məşqçisi deyil” –