ÜST meymunçiçəyi virusu ilə bağlı fövqəladə komitə yarada bilər

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri ötən bazar günü Afrikada artan meymunçiçəyi epidemiyası ilə bağlı beynəlxalq fövqəladə vəziyyət elan edilib-edilməməsi ilə bağlı məsləhətıəşmək üçün ekspertlər komitəsi yaratmağı düşündüyünü açıqlayıb.

Ötən ilin sentyabr ayından bəri Konqo Demokratik Respublikasında və digər Afrika ölkələrində virusun yeni aşkar edilmiş variantı səbəbilə yoluxma halları artıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreisus BMT-nin səhiyyə agentliyinin, Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin, yerli hökumətlərin və digər tərəfdaşların epidemiyaya qarşı cavab tədbirlərini gücləndirdiyini bildirib.

O, həmçinin, epidemiya səbəbilə fövqaladə vəziyyət elan edilib-edilməyəcəyi ilə bağlı suala cavab almaq üçün ona məsləhət verəcək fövqəladə komitə yaratmağı düşündüyünü deyib(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.