Ümumdnya Səhiyyə Təşkilatı meymunçiçəyinə (Mpox) qarşı ilk peyvəndi təsdiqləyib.
Azpost.info bildirir peyvənd ÜST-dən ilkin kvalifikasiya alıb.
IMVANEX peyvəndinin istehsalçısı Danimarkanın Bavarian Nordic A/S laboratoriyasıdır.
Peyvənd iki dozalı inyeksiya kimi 18 yaşdan yuxarı insanlar üçün nəzərdə tutulub. Lakin o, həmçinin körpələrdə, uşaqlarda və hamilə qadınlarda və immun sistemi zəif olan insanlarda istifadə oluna bilər. Peyvənd yalnız faydaları potensial riskləri üstələdikdə istifadə edilə bilər.
ÜST həmçinin peyvənd ehtiyatı məhdud olduqda birdəfəlik dozadan istifadə etməyi tövsiyə edir. Çünki bu, mpox-dan 76%, 2 doza isə 82% qoruyur.
Şirkət ilin sonuna kimi 13 milyon, qarşıdakı 12-18 ay ərzində isə daha 50 milyon doza hazırlayacağını bildirib.