ÜST meymunçiçəyinə qarşı ilk peyvəndi təsdiqləyib

Meymunçiçəyinə ilk yoluxma halı aşkarlanıb
Meymunçiçəyi

Ümumdnya Səhiyyə Təşkilatı meymunçiçəyinə (Mpox) qarşı ilk  peyvəndi təsdiqləyib.

Azpost.info bildirir  peyvənd ÜST-dən ilkin kvalifikasiya alıb.

IMVANEX peyvəndinin istehsalçısı Danimarkanın Bavarian Nordic A/S laboratoriyasıdır.

Peyvənd iki dozalı inyeksiya kimi 18 yaşdan yuxarı insanlar üçün nəzərdə tutulub. Lakin o, həmçinin körpələrdə, uşaqlarda və hamilə qadınlarda və immun sistemi zəif olan insanlarda istifadə oluna bilər. Peyvənd yalnız faydaları potensial riskləri üstələdikdə istifadə edilə bilər.

ÜST həmçinin peyvənd ehtiyatı məhdud olduqda birdəfəlik dozadan istifadə etməyi tövsiyə edir. Çünki bu, mpox-dan 76%, 2 doza isə 82% qoruyur.

Şirkət ilin sonuna kimi 13 milyon, qarşıdakı 12-18 ay ərzində isə daha 50 milyon doza hazırlayacağını bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.