Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) pandemiyanın yeni dalğası barədə xəbərdarlıq edib.
Bu barədə təşkilatın Avropa regional direktorunun bəyanatında deyilir.
“Təəssüf ki, Avropada biz yoluxma hallarında yenidən sürətli artım müşahidə edirik ki bu da yeni bir dalğanın başlanğıcını göstərir”, – deyə qurumdan bildirilib.
Ümumdünya Səhiyyə Təşkilatı hesab edir ki, ümumi mövsümi qrip və koronavirus infeksiyasının eyni vaxtda dövriyyəsi regionda həssas insanlar üçün risk yarada bilər və buna görə də ÜST hər iki virusa qarşı ən təsirli vasitələrdən biri hesab etdiyi vaksinasiyaya xüsusi diqqət yetirməyi tövsiyə edir. (lenta.ru)