Uzun ömür və yaxşı sağlamlıq üçün daha az kolbasa və sosiska yemək lazımdır. Eyni zamanda qidalanmada qoz-fındıq və qatqısı olmayan taxıl məhsullarını artırmalısınız.
Azpost.info bildirir ki, bu barədə Bergen Universitetinin alimlərinin araşdırmasında deyilir. Tədqiqatın nəticələri “PubMed” Milli Tibb Kitabxanasında dərc olunub.
Böyük Britaniyanın Milli Səhiyyə Xidməti (NHS) sağlam qidalanma üçün “The Eatwell Guide” adlı bələdçi hazırlayıb. Bələdçi insanları düzgün qidalanmanın faydaları haqqında məlumatlandırmaq məqsədi daşıyır. Təlimatlara əsasən, gündə beş porsiya meyvə və tərəvəz yemək və karbohidrat, şəkər, yağ və duz qəbulunu azaltmaq lazımdır. Bundan əlavə, mütəxəssislər su, qoz-fındıq və qatqısız taxıl məhsullarına (çörək, taxıl) üstünlük verməyə, kolbasa, sosiska və şirin qazlı içkilərdən imtina etməyi məsləhət görürlər.
Alimlər bu tövsiyələrə əməl olunmasının insan ömrünün uzunluğuna və sağlamlığına necə təsir edəcəyini öyrənməyə çalışıblar. Bunun üçün onlar yemək vərdişləri haqqında danışan 467 min 354 orta yaşlı könüllünün iştirakı ilə araşdırma aparıblar.
Elm adamları daha sonra subyektlərin sağlamlıq vəziyyəti haqqında məlumat toplayıblar.
Sorğunun bitməsindən bir müddət sonra alimlər hansı iştirakçıların və hansı yaşda öldüyünü qeyd ediblər.
Məlum olub ki, çoxlu emal olunmuş ət (kolbasa, sosiska), un məhsulları yeyən və tez-tez şəkərli qazlı içkilər içən insanlar daha sağlam pəhriz saxlayanlara nisbətən daha az yaşayırlar. Alimlər müəyyən ediblər ki, “The Eatwell Guide”nin tövsiyə etdiyi qoz-fındıq, qatqısız taxıl məhsulları, meyvə və paxlalı yemək daha uzun ömür ilə əlaqəlidir.
Tədqiqatçılar deyirlər ki, yemək vərdişlərindəki kiçik müsbət dəyişikliklər belə (məsələn, şəkərin azaldılması) ömrün bir il uzadılmasına səbəb ola bilər. Onlar həmçinin bildirir ki, “The Eatwell Guide”-nin bütün tələblərinə əməl etmək ömrünüzü səkkiz il uzadacaq.
Azpost.info