Vətəndaşlar ictimai müzakirəni necə təşkil edə bilərlər? –

Bələdçi hazırlanıb (VİDEO)
05 Noyabr 2019 - 16:22

Vətəndaşlar  ictimai müzakirə və dinləmənin təşkilini öyrənməsi  məqsədlə video-bələdçi hazırlanıb.

Bələdçilər Niderland Krallığının  Xarici İşlər Nazirliyi tərəfindən  maliyyələşdirilən və Qafqaz və Tədqiqat və Resurs Mərkəzi-Gürcüstan təşkilatı tərəfindən icra olunan  “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində “Aran bölgəsində ictimai iştirakçılığın gücləndirilməsi”  təşəbbüsü çərçivəsində hazırlanıb.

Bu Bələdçilərdə vətəndaşların özləri tərəfindən  heç bir təşkilat yaratmadan onları narahat edən məsələlər barədə İctimai müzakirə keçirilmələri qaydaları və bunun üçün nə etməli olduqları izah olunub. Belə ki, 22 noyabr  2013-cü ildə qəbul edilmiş və 1 iyun 2014-cü ildə qüvvəyə minmiş “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının  Qanununun 12-ci maddəsində qeyd olunur ki, dövlət və yerli özünüidarəetmə orqanları, vətəndaş cəmiyyəti institutları, ictimai şuralar və ayrı-ayrı vətəndaşlar ictimai dinləmə və ictimai müzakirənin təşəbbüsçüsü ola bilərlər. 

Eyni zamanda “İctimai nəzarət” Youtube kanalında İmişli, Sabirabad, Hacıqabul, Saatlı rayonlarında keçirilən ictimai dinləmələrin, Təşkilat Komitələrinin iclaslarının video yazıları yerləşdirilib. (https://www.youtube.com/channel/UCHH_hncFe3nY8SfGgTdEIDg)

Bu təşəbbüsün məqsədi   ictimai iştirakçılığın, ictimai nəzarətin genişlənməsi, uğurlu vətəndaş iştirakçılığı nümunələrinin yardılması və təbliğinə yardım göstərilməsidir.