Vahid Hacıyev Cəbrayıl, Qubadlı və Zəngilanda Prezidentin xüsusi nümayəndəsi təyin edilib- SƏRƏNCAM

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Prezidentin imzaladığı Sərəncama əsasən, Vahid Rasim oğlu Hacıyev “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı ilə müəyyən edilmiş Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Əvvəlki məqalə

“Putin Rusiyaya dost olmayan ölkələrin başçılarına Yeni il təbriki göndərməyib”

Sonrakı məqalə

Bu şəxslərə Prezidentin fərdi təqaüdü veriləcək