Vaqif Xaçatryanın cinayət məsuliyyətinə cəlb edilməsi beynəlxalq və milli hüquq normalarına uyğundur- Baş Prokurorluq

Meşəli hadisələri ilə bağlı saxlanan Vaqif Xaçatryanın cinayət məsuliyyətinə cəlb edilməsi beynəlxalq və milli hüquq normalarına uyğundur.

Bunu Baş Prokurorluğun idarə rəisi Mahir Abbasov deyib.

Mahir Abbasov bildirib 44 günlük Vətən müharibəsindən sonra tarixi və hüquqi baxımından bir sıra hadisələr baş verib. Azərbaycan Respublikasının cinayət mühakimə icraatında vətəndaşlarımıza qarşı sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətmiş şəxslər cinayət məsuliyyətinə cəlb olundu və onların barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmləri qəbul edildi”

Vaqif Xaçatryan cinayət məsuliyyətinə cəlb edilməsi beynəlxalq və milli hüquq normalarına uyğun olduğunu qeyd edən Mahir Abbasov bu təcrübənin Azərbaycan Respublikasının cinayət mühakimə icraatında mövcud olduğunu vurğulayıb.

Həmçinin qeyd olunub ki, qüvvədə olunan cinayət qanunvericiliyinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti sülh və insanlıq əleyhinə, müharibə cinayətlərinə şamil edilmir.

Əvvəlki məqalə

Səfərbərlik Xidmətinin ikisi general olmaqla 5 idarə rəisi işdən çıxarılıb

Sonrakı məqalə

Dövlət sərhədində 2,8 milyon manatlıq qaçaqmal saxlanılıb