Vaqif Xaçatryanın məhkəməsində zərərçəkmişlərin və hüquqi varislərin dindirilməsi başa çatıb

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkənlər ifadə verib.

Prosesdə məhkəməyə teleqramla müraciət edərək iclasa üzrlü səbəbdən qatıla bilmədiklərini bildirən zərərçəkmişlər Əli Mehralıyev və Sadaqət İsmayılovanın istintaqa ifadələri elan edilib.

Bununla da cinayət iş üzrə zərərçəkmişlərin və zərərçəkmiş şəxslərin hüquqi varislərinin dindirilməsi başa çatıb.

İş üzrə dindirilməyən bir şahid qalıb. Onun hazırda Cəbrayılda xidmət edən ANAMA əməkdaşı olduğu bildirilib.

Proses noyabrın 6-da davam etdiriləcək.

Əvvəlki məqalə

Azərbaycanın uğurlu antiterror tədbirləri Pakistanda böyük sevinclə qarşılanıb

Sonrakı məqalə

Sabah hava necə olacaq?