“Vaqifin Şuşada heykəli” adı ilə yayılan görüntülərə aydınlıq gəldi –Heykəl kimindir və harada qoyulacaq?/FOTOLAR

Bir neçə gündür sosial şəbəkədə Şuşada qoyulmaq üçün hazırlandığı iddia olunan Azərbaycan şairi Molla Pənah Vaqifin nəhəng heykəli ətrafında müxtəlif müzakirələr gedir.

Yayılan məlumatlarda video görüntülərin Şuşada çəkildiyi idda olunurdu.

Azpost.info yayılmış bu foto ilə bağlı bəzi araşdırma aparıb, bir sıra məqamları aydınlaşdırıb.

Məlum olub ki, yayılan videokadrlar Şuşada çəkilməyib və heykəl tamam ayrı adama məxsusdur.

Bu nəhəng abidə məşhur Azərbaycan şairi Nəsiminin heykəlidir və Lənkəranın Şovu kəndi ərazisində hazırlanır.

Abidənin şairin doğulduğu Şamaxıda qoyulması nəzərdə tutulur.

Azpost.info

 

Əvvəlki məqalə

Blinken Ukrayanda niyə Rusiyaya qarşı dayandıqlarının səbəbini açıqlayıb

Sonrakı məqalə

Kərim Benzema “Qızıl top” mükafatını qazanıb