“Vasif  Talıbov bu sözdən havalandı, indi ona başa salırlar…” –ZƏRDÜŞT ƏLİZADƏ

“Vasif  Talıbov özünü dik aparırdı. O həm xalqı əzirdi, həm də Bakıdakı hakimiyyəti tanımırdı”.
Azpost.info bildirir ki, bu sözləri politoloq Zərdüşt Əlizadə “Şərq” qəzetinə verdiyi müsahibədə Naxçıvanda baş verən prosesləri şərh edərkən bildirib.
“1995 -ci ildə konsitutsiyaya Naxçıvan Müxtar Respublikası “dövlətdir” sözü əlavə olundu. Halbuki dövlət içində dövlət olmaz. Vasif  Talıbov da bu sözdən havalandı. İndi ona başa salırlar ki, sən dövlət başçısı deyildin, muxtar respubikanın rəhbəri idin, əndazəni, həddini bil. Bu dövlətin bir başçısı, bir qanunu, bir paytaxı var. Sən də o qanunlara tabe olmalı idin. Kim əndazəni aşır, onu var-yoxdan çıxarırlar və nəticədə işlər qaydasına düşür”-deyə Z.Əlizadə vurğulayıb.
Politoloq deyib ki, Naxçıvanın muxtariyyəti ləğv oluna bilməz: “Naxçıvanın muxtariyyəti beynəlxalq müqavilələrlə təsbit edilib. Onu Türkiyə, Rusiya və Azərbaycan respublikasının özü tanıyıb. Muxtariyyəti ləğv etməyəcəklər, amma rəhbərlikdə və strukturda ciddi dəyişikliklər aparılacaq”.
Əvvəlki məqalə

Dekabrın 28-də Laçın yolundan sülhməramlıların neçə avtomobili keçib?

Sonrakı məqalə

Azərbaycan XİN başçısının müavini İsrailə səfər edib