Vasif Talıbovun “Gəmiqaya” şirkəti kimə verilib? –Məlumatlar

Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus olduğu deyilən “Gəmiqaya Holdinq”in əmlakı başqa bir şirkətə verilib. Şirkətin adı dəyişdirilib, indi o, “Arkoz Holdinq” adlanır. Bəs bu şirkət kimə kimə məxsusdur?

Azərbaycanda uzun illər fəaliyyət göstərən “Arkoz Holdinq” Türkiyədə qeydiyyata alınıb və onun sahibi əslən Doğu Bəyazitdən olan iş adamı Emin Uçardır. Ərzurum, Qars, Ağrı, Van, Samsun və İğdırda holdinqin bir çox müəssisələri mövcuddur.

“Arkoz Holdinq” Naxçıvanda 1990-cı illərdən fəaliyyət göstərir. O, əvvəllər də “Gəmiqaya” şirkəti ilə tikinti, qida, turizm, infrastruktur və s. sahələrdə şərikli işlər görüb.

Naxçıvandan kənarda “Arkoz Holdinq” Bakıda, Qazaxda da müəsdsisələr qurub. Şirkətin Gürcüstan, Çexiya, Rusiya və s. ölkələrdə müxtəlif investisiyaları var. (Yenisabah.az)

Əvvəlki məqalə

“İnancı və minnətdarlıq hissi olmayan donuzlar…”

Sonrakı məqalə

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini “ASAN Xidmət” mərkəzlərində dəyişdirə biləcəklər