Vergilər Nazirliyi Zülfüqarlı qardaşlarına cinayət işi açıb –10 milyon manatlıq vergidən yayınma ittihamı

Vergilər Nazirliyi Loğman və Nürəddin Zülfüqarlı qardaşlarının rəhbərlik etdiyi “Bakı İnşaat Sənaye” ASC-də  10 milyonlarla manat vergidən yayınma faktı aşkarlayıb.

Azpost.info bildirir ki, Avropa.info-nun əldə etdiyi məlumata görə, Nazirliyin əməkdaşlarının “Bakı İnşaat Sənaye” ASC-də apardığı yoxlamalar nəticəsində Zülfüqarlı qardaşlarının dövlətdən 10 milyonla manat gizlətdikləri üzə çıxıb.

Əldə olunan məlumata görə, vergidən yayınma faktına görə, Zülfüqarlı qardaşlarına cinayət işi açılıb, onlara məxsus  “Bakı İnşaat Sənaye” ASC isə 4 milyon 100 min manat cərimələnib. Mənbənin məlumatında deyilir ki, haqlarında cinayət işi açılan Zülfüqarlı qardaşlarının ölkədən çıxışına qadağa qoyulub.

Məlumatda deyilir ki, keçmiş oliqarxlar hesab edilən Zülfüqarlı qardaşları 2002-ci ildə “Bakı Elektroştamp”, 2003-cü ildə isə “Bakı Poladtökmə” zavodunun səhmələrinin sahibi olublar. 2005-ci ildə Zülfüqarlı qardaşlarının qanunsuzluqaları üzə çıxıb və həbsə düşüblər. Həbsdən sonra, onlar biznes fəaliyətlərini Türkiyədə davam etdiriblər. Sonradan qardaşlar Azərbaycana qayıdaraq burada sahibkarlıqla məşğul olublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qırmızı Xaçın nmayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib

Sonrakı məqalə

XİN Putinin müsahibəsinə münasibət bildirdi –