“Viktoriya” – “Qarabağ” oyununu bu ölkədən olan hakimlər idarə edəcək

Çexiyada “Viktoriya” (Plzen) və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununun təyinatları açıqlanıb.

AZƏRTAC xəbər verir ki, qarşılaşma Portuqaliyadan olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Artur Diaşa Ruy Tavareş və Paulu Soareş laynsmanlar qismində kömək göstərəcək. Dördüncü hakim funksiyasını Fabiu Verisimu yerinə yetirəcək. VAR hakimləri Tyaqu Martinş və Luiş Qodinyu olacaq.

Qeyd edək ki, “Viktoriya” – “Qarabağ” matçı avqustun 23-də Bakı vaxtı ilə 23:00-da başlayacaq. Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüşdə hesab açılmayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.