Vladimir Putin və İlham Əliyev Soçidə görüşdü –

Regional məsələlər müzakirə olundu (YENİLƏNİB) FOTO
03 Oktyabr 2019 - 09:58

Soçi şəhərində Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin arasında görüş keçirilib.

Görüş “Valday” beynəlxalq diskussiya klubunun 16-cı illik toplantısı çərçivəsində bu gün baş tutub.

Görüşdə dövlət başçıları iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb, ticari-iqtisadi sahədə əlaqələrin inkişafının müsbət dinamıkasını qeyd ediblər.

**

Bu gün Soçidə “Valday” Beynəlxalq diskussiya Klubunun 16-cı plenar sessiyası açılır.

Azpost.info Kremlin mətbuat xidmətinə istinadən bildirir ki, iştirakçılar “Dünya düzəni: Şərqdən baxış” mövzusunda müzakirələr aparacaqlar.

Müzakirələrdə əsas məsələ Şərqin dünya düzənində artamqada olan təsiri, yaxın şərq problemlərinin tənzimlənməsi, Böyütk Avrasiya məkanında əməkdaşlıq olacaq. Toplanıtda rus xarici siyasətinin şərq siyasətinə diqqət yetiriləcək.

İclasda Azərbyacan prezidenti İlham Əliyev, İordaniya kralı 2-ci Abdulla, Qazaxstan prezidenti Qasım-Jomart Tokayev, Filippinin dövlət başçısı Rodriqo Duarte iştirak edəcək.

Forum çərçivəsində Putin Azərbyacan Prezidenti İlham Əliyevlə ayrıca görüşü planlaşdılrılıb. Görüş zamanı regionun aktual məsələləri barədə fikir mübadiləsi aparılacaq.

Forumun işində 37 ölkədən 140 ekspert qatılacaq.