Vüsal Qasımlı:"Muzdlu işçilərin sosial müdafiəsi gücləndiriləcək"

“Koronavirus pandemiyasından zərərçəkən sahələrdə muzdlu işçilərin sosial müdafiəsi gücləndiriləcək və çalışılacaq ki, zərərə düşən müəssisələr işçiləri kütləvi ixtisar etməsin”.

APA xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib. Onun sözlərinə görə, eyni zamanda məşğulluq tədbirləri də həyata keçiriləcək.

“Özünüməşğulluq, ödənişli ictimai işlər və ünvanlı sosial yardımın əhatə dairəsi genişləndiriləcək. Aztəminatlı insanların böhranın təsirindən qorunması üçün əlavə tədbirlər görüləcək”, – deyə o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda karantin rejimini pozanlar

Sonrakı məqalə

SOCAR Gürcüstanın Koronavirusla Mübarizə Fonduna 200000 lari bağışlayıb