“Walt Disney” Rusiyadan gedir –Ukraynaya dəstək verdi

Dünya əyləncə sənayesinin ən böyük korporasiyalarından olan “The Walt Disney Company” Ukraynaya dəstək əlaməti olaraq Rusiya bazarından gedir.

Azpost.info xəbər verir ki, bu barədə şirkətin bəyanatında deyilir. “Disney” bütün filmlərinin Rusiya kinoteatrlarında nümayişini və yayımını dayandıracaq”, – şirkətdən bildiriblər. O da qeyd olunub ki, gələcəkdə vəziyyətdən asılı olaraq fəaliyyətin bərpası ilə bağlı qərar verilə bilər.

“Walt Disney” yaranmış miqrant böhranının miqyasını nəzərə alaraq qaçqınlara kömək üçün QHT-lərlə işlədiyini də açıqlayıb.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ Ukraynaya silah tədarükünü artıracaq –

Sonrakı məqalə

Bayden nüvə müharibəsi təhlükəsinin olmadığını deyib