Dünyanın ən məşhur mesajlaşma tətbiqi olan “WhatsApp” sabahdan kütləvi mesaj göndərilməsinə icazə verilməyəcəyini açıqlayıb.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, “WhatsApp” reklam şirkətlərinin və firmalarının istifadəçiləri kütləvi mesajlarla narahat etmələrinin qarşısını almaq üçün bu xidməti qadağan edir.