“WikiLeaks”in qurucusu Assanj ilk dəfə AŞPA-da çıxış edəcək

WikiLeaks”in qurucusu Culian Assanj Avropa Şurası Parlament Assambleyasında (AŞPA) çıxış edəcək.

Bu barədə TASS agentliyi məlumat yayıb. Assanj  AŞPA-nın Hüquq Məsələləri və İnsan Haqları Komitəsinin üzvləri qarşısında həbsxanada saxlanma şəraiti barədə danışacaq.

Bu, C.Assanjın geniş ictimaiyyət qarşısında ilk çıxışıdır.

Həmçinin, C.Assanj Avropa Şurasına ona qarşı aparılan prosesin siyasi motivli olduğunu təsdiqləyən sübutlar təqdim edəcək.

Xatırladaq ki, “WikiLeaks” saytının qurucusu, avstraliyalı Culian Assanj böyük dövlətlərin yüksək hökumət dairələrindəki korrupsiya halları, hərbi cinayətlər, diplomatik sirlər və casus qalmaqalları barədə irihəcmli yüksək məxfilikdə məlumatları yayımlaması ilə məşhurlaşıb. Culian Assanj bu ilin iyul ayında Böyük Britaniyada saxlanıldığı həbsxanadan azad edilib və vətəni Avstraliyaya qayıdıb.

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.