“Wizz Air” İsrail və İordaniyaya uçuşları dayandırıb

Macarıstanın “Wizz Air” aviaşirkəti avqustun 4-dək İsrail və İordaniyaya uçuşları dayandırıb.

Şirkət bu qərarını Yaxın Şərqdəki gərginliklə izah edib.

“Regionda vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq avqustun 4-dək İsrail və İordaniyaya bütün uçuşlar dayandırılır”, – deyə məlumatda bildirilib(azərtac).

Əvvəlki məqalə

Şirvanda ana və azyaşlı qızı binadan yıxılaraq ölüb

Sonrakı məqalə

DİN bank kartlarından oğurluqla bağlı növbəti dəfə əhaliyə çağırış edib