“Xəzər TV”-nin idarəçiliyi SOCAR-a keçdi –

Murad Dadaşov yeni direktor təyin olundu
05 Mart 2020 - 17:22

Xalq artisti Murad Dadaşov Xəzər TV-nin direktoru vəzifəsinə təyin olunub.

O, bu gün televiziyanın akt zalında kollektivə təqdim olunub.

Xəzər TV-nin idarəçiliyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə keçib.

Televiziyanın akt zalında bu gün keçirilən iclasda SOCAR-la memorandum imzalanıb. İclasda SOCAR-ın adından Azərbaycan Dövlət Neft Şirkətinin Kadr, rejim və informasiya texnolgiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov iştirak edib.

Sənədə əsasən, Xəzər TV-nin idarəçiliyi SOCAR-a keçib, rəhbər də Xalq artisti Murad Dadaşov olub.

Qeyd: “Xəzər”in əvvəlki rəhbəri Azərbaycan Prezidentinin sabiq köməkçisi şöbə Əli Həsənovun oğlu Şamxal Həsənov olub. (pravda.az)