“Xəzər TV”-nin yeni direktoru:"Auditoriya qazanmaqda sərhəd yoxdur”

“Hamımız başa düşürük ki, medianın inkişafında, qurulmasında, auditoriya qazanmaqda sərhəd yoxdur”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xəzər Media Mərkəzinə yeni direktor təyin  olunan Xalq artisti Murad Dadaşov deyib.

O, dünən kanalın kollektivi ilə görüşü zamanı tövsiyələrini verib, kanalın daha da uğur qazanması üçün çalışacağını söyləyib: “Bildirmək istəyirəm ki, burada əyləşən tanınmış simalar, kadrarxasında əyləşən insanlar var. Kifayət qədər uğur qazanıblar. Bu gün Xəzər TV-nin öz auditoriyası var”.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir