Xəzər Universiteti Azərbaycan universitetləri arasında liderdir –Beynəlxalq reytinq açıqlandı

2021-ci il dekabrın 2-də baş ofisi Parisdə yerləşən, beynəlxalq aləmdə geniş nüfuza malik EDUNİVERSAL təşkilatı dünyanın ən yaxşı Biznes Məktəblərinin rəsmi reytinqini dərc edib.

Reytinq cədvəlində Xəzər Universitetinin İqtisadiyyat və Menecment Fakültəsi Azərbaycanın biznes məktəbləri arasında 1-ci yeri tutub.

Bu reytinq cədvəli Eduniversal Elmi Komitə üzvləri tərəfindən beynəlxalq təsir, reputasiya və təhsil keyfiyyəti kimi meyarlar əsasında müəyyən edilir.

Mənbə: https://www.eduniversal-ranking.com/eduniversal-ranking-agency.html

Dekabr ayının 15-də daha bir reytinq cədvəli – QS Reytinq Agentliyinin (Böyük Britaniya) “İnkişaf etməkdə olan Şərqi Avropa və Mərkəzi Asiya” regionu üzrə yeni reytinq cədvəli açıqlanıb.

Reytinq cədvəlində Xəzər universiteti yenə Azərbaycan universitetləri arasında 1-ci yeri tutub. Reytinq cədvəlinə Azərbaycandan 7 ali məktəb daxil edilib:

  1. Xəzər Universiteti – 211-220 (Azərbaycan üzrə ən yüksək göstərici)
  2. UNEC – 221-230
  3. BDU – 251-300
  4. ADA Universiteti – 301-350
  5. AzMİU – 401-450
  6. ADNSU – 401-450
  7. BMU – 401-450

QS Reytinq cədvəli ali məktəblərdə müəllimlərin təcrübəsi, işəgötürənlər arasında nüfuz, akademik nüfuz və s. meyarlar üzərində tərtib edilib.

Mənbə: https://www.topuniversities.com/university-rankings/eeca-rankings/2022

Dünyanın nüfuzlu reytinq cədvəllərində yer alan ali məktəblərimizi təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Gorus-Qafan yolunda yanacaqdoldurma məntəqəsi açılıb –

Sonrakı məqalə

“İlham Əliyevlə görüşdən sonra sülh üçün imkanlar görürəm” –