Xaliq Bahadır AXC-nın 27 il əvvəlki qərarını açıqladı:“Milli Məclisin sədri Tofiq Qasımov olmalı idi”

C

“1992-ci ildə Milli Məclisin sədri Tofiq Qasımov olmalı idi. AXC bu barədə qərar qəbul etmişdi”.

Azpost.info bildirir ki, bu sözləri Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyətinin sabiq üzvü, AZTV-nin sədr müavini olmuş Xaliq Bahadır sosial şəbəkədə yazıb. Onun sözlərinə görə, AXC hakimiyyətə gəldikdən sonra vəzifə bölgüsü ilə bağlı müzakirələrdə qərarlar qəbul edilib: “Cəbhənin qərarına əsasən Tofiq Qasımov Milli Məclisin sədri, İsa Qəmbər xarici işlər naziri olmalı idi”.

X. Bahadır iddia edib ki, Naxçıvan Ali Məclsinin sədri, mərhum Heydər Əliyevin təklifi ilə İsa Qəmbərlə Tofiq Qasımovun yeri dəyişdirilib.

X. Bahadır sabiq nazirlə bağlı maraqlı məqamlara toxunub. Onun sözlərinə görə, T.Qasımovun müstəqil mövqeyi AXC hakimiyyətində çoxlarının xoşuna gəlmirdi: “Xarici işlər naziri olaraq onun parlamentdə, AZTV-də çıxışları yasaq edilmişdi”.

Qeyd edək ki, Tofiq Qasımov 1992-93 cü illərdə Azərbaycanın xarici işlər naziri olub. Onun zamanında ATƏT-in Minsk Qrupu yaradılıb və Qarabağ məsələsi beynəlxalq platformaya çıxarılıb. Tofiq Qasımov sonralar Rövşən Cavadovun mart qiyamına dəstək verməkdə ittiham olunub və həbs edilib. Həbsdən azad edildikdən sonra o, ölkəni tərk edib.  80 yaşlı Tofiq Qasımov hazırda İsveçrədə yaşayır. Azərbyacan KİV-ləri və vaxtilə bir yerdə olmuş demokratik cameə ilə heç bir əlaqə saxlamır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Sələmçi deputatın qorxub borcu qaytaracağına ümid edib” –

Sonrakı məqalə

Özbəkistan Prezidenti Azərbaycana səfər edəcək